Qadin dunyasi ---- Fitnes
Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan, məşqçi Aida Mehdiyeva deyir.
Saatlarla məşq etmək olmaz
...Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər. Cəld, lakin gərgin hərəkətlər etmək olar
Qısa, lakin cəld hərəkətlər etməyə çalış, Aida deyir. Adətən, biz 30 dəqiqə ərzində edə biləcəyimiz 80% hərəkətin 60%-ni bir saat ərzində edirik. Bu yolla sən idman zalında vaxtını itirmədən eyni nəticəni əldə edə bilərsən. Sallağı oturmağa tənbəllik etmək olmaz
Sallağı oturmaqla mədəni arıqlatmaq olmur, məşqçi Aida Mehdiyeva deyir. Bu hərəkətlər piyi əritmir, lakin əzələləri möhkəmləndirir
fitness-qadın sağlamlığı üçün vacibdir Piyi əritmək olar
Sallağıoturmadan fərqli olaraq, qaçış, gəzinti, velosipedsürmə piyi əridir və çəkinizin azalmasına kömək edir. Xüsusilə də qaçış baldırların tonusunu qaldırmağa kömək edir, deyə mütəxəssis bildirir.
***** Zulmet.Az