Qadin dunyasi ---- Toy qabagi maskalar
Gözəllik salonuna getmək üçün vaxtınız və ya büdcəniz azdırsa evinizdə hazırlayacanız maskalarla baxımlı vücuda sahib ola bilərsiniz və özünüzü daha yaxşı hiss edə bilərsiniz .
Sakitləşdirici hamam
Vəsaitlər: Təzə nanə + duz
Hazırlanışı: Yarım litr suyu qaynadın və içinə on ədəd təzə nanə yarpağını atıb 10 dəqiqə gözləyin. Sonra bu suyu süzərək ilıq suyla dolu vannanın içinə bir fincan duzla birliktə tökün.
Nə işə yarayır: Nanə rahatlaşdırıcı, dinləndirici və sakitləşdirici təsir gücünə malikdir. Duz isə cildinizi ölü dəri və hüceyrələrdən təmizləyir.
Nə zaman etməli: Həftədə bir dəfə ya da ehtiyac hiss etdiyinizdə.
Quru cildlərə süd vannası
Vəsaitlər: Süd+duz+bal
Hazırlanışı: Boş bir plastik su şüşəsinin içində bir litr süd, bir fincan duz və yarım fincan balı qarışdırın. Və alınan köpüklə vücudunuzu ovun sonra yaxalayın.
Nə işə yarayır: Süd vannası dərindən təmizləyər amma cildi qurutmaz. Duz öıü dərinin təmizlənməsinə yardımcı olur.
Nə vaxt etməli: Həftədə bir dəfə
Sellülit
Sellütin əmələ gəlmə səbəbləri doğum kontrol həbləri, hamiləlik, siqaret, hormon pozğunluğu və s.dir. Sellülitdən xilas olmaq üçün bir sıra üsullar var.
Vəsaitlər: razyana+cirə+bibəriyyə
Hazırlanışı: Səhər 1 litr suya 1 çay qaşığı razyana, bir çay qaşığı cirə və bir çay qaşığı bibəriyyə atın. Bu qarışığı zəif odda 5 dəqiqə qaynadın sonra 10 dəqiqə dəmləndirin. Soyuyan qarışığı gün boyunca limonla için. Sellülitlərinizin yox olduğunu və ya azaldığının şahidi olacaqsınız.
Quru əllərə lasyon
Vəsaitlər: limon suyu+ zeytun yağı
Hazırlanışı: Üç damla zeytun yağıyla bir limonun suyunu qarışdırın. Bu qarışığı əllərinizə sürtün. Yarım saat gözlədikdən sonra bir parça pambıq ilə əllərinizi silin, ardıyca yuyun.
Nə işə yarayır: Limon suyundakı C vitamini əllərdəki ləkələr üzərində təsirlidir. Bundan başqa ölü hüceyrələri peeling edər. Maskanın içindəki zeytun yağı da quruluğu azaldır və cildi yumşaldır.
Nə zaman etməli: Əllərinizin quruduğunu hiss etdiyiniz vaxtlarda istifadə edə bilərsiniz. Məsələn su ilə uzun müddət təmas etdikdən sonra.
Dırnaqlara qulluq
Dırnaqlarınızın üzərinə sürtdüyünüz lavanta yağı dırnaqlarınızı qoruyar. Həmçinin unutmayın ki, son anda barmaqlarınızda qızarıqlıq olmasına əngəl olmaq üçün manikür və pedikürünüzü toydan bir gün öncə edin. Lakınızı isə toy günü sürtə bilərsiniz
***** Zulmet.Az